Cəmiyyət

Bərdədə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Sharing is caring!


Bərdədə fəaliyyət göstərən “Tural” çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Daxil olan vətəndaş müraciəti əsasında Bərdə rayonu, Bərdə-Tərtər yolunda yerləşən, fiziki şəxs Cəmil Cabbar oğlu Cabbarova məxsus “Tural” çörək istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Baxış zamanı qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir