Cəmiyyət

Yalandan söz verib 38 min manatını aldı

Sharing is caring!


Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Kərəmovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Kürdəmir Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Zəfər Kərəmovun 3 il müddətinə azadlığın məhdudlaşdırılması (şərti) cəzası yüngülləşdirilib və bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası həddinədək azaldılıb.

İttihama görə, Zəfər Kərəmov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, tanışı, özünü vəzifəli şəxs kimi təqdim edən Sahil Həsənovla (şərti) qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. O, zərərçəkmiş Mahir Habilovun (şərti) etibarından sui-istifadə edərək, vahid niyyətlə 38 000 manat müqabilində onun oğlunu rayon polis şöbəsinin istintaq bölməsinin icraatında istintaq olunan cinayət işi üzrə həbsdən azad etdirəcəyinə yalandan vədlər verib. Zəfər bu yolla zərərçəkmiş şəxsi aldadıb, 2022-ci ilin iyun-iyul aylarında ümumilikdə ondan xeyli miqdarda, yəni 38 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir