Cəmiyyət

Ekspert: “Ermənistan Rusiyanın maraqlarına xələl gətirməklə Qərbi razı salmağa çalışır”

Sharing is caring!


“Ermənistan Qərbi razı salmaq və nəticədə Rusiyanın milli maraqlarına xələl gətirən addımlar atır”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev deyib.

“Ermənistanda bunları başa düşürlər. Lakin görünür onlar Moskvanın İrəvanın maraqlarını yetərincə qorumadığını nəzərə alaraq seçim edirlər. Burada çox fərqli məqamlar var. Çox güman ki, Ermənistanda bu qərara gəliblər ki, Rusiya xüsusi hərbi əməliyyat və sanksiya təzyiqi nəticəsində zəifləyib”, – deyə o bildirib.

A.Perenciyev qeyd edib ki, İrəvan Qərbin himayəsinə ümid bəsləyir:

“Ermənistanın indiki rəhbərliyi hesab edirdi ki, Qərb dünyasında möhkəmlənmək, ona xoş gəlmək üçün hər şeyi etmək daha yaxşıdır”.

Ekspert eyni zamanda Ermənistanın Rusiya imperiyasının tarixi layihəsi olduğunu vurğulayıb:

“Ermənistan tarixi və siyasi layihə kimi 19-cu əsrdə Rusiya imperiyası tərəfindən Qafqazdakı forpostu kimi yaradılıb. Bu siyasi layihə ilkin olaraq anti-osmanlı və anti-fars xarakteri daşıyırdı. İndi təbii ki, bu artıq mənasını itirib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir