Cəmiyyət

Astarada sürüşmə baş verdiyi ərazidən evlər köçürülür? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


Bir neçə gün əvvəl Astara rayonu Şiyəkəran kəndinə aparan yolda sürüşmə hadisəsi baş vermişdi.

Yolun bərpası hazırda nə yerdədir?

Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov “Trend”ə bildirib ki, baş vermiş hadisə ilə bağlı Su Ehtiyatları Agentliyinə müraciət edilib.

“Həmin yolda yaxın zamanda təmirə başlanacaq. Ancaq ərazidə məsul qurumlar tərəfindən hələ də işlər davam etdirilir ki, yağıntılı hava şəraitində yenidən ziyan vurmasın. Sözügedən kənddə əhalinin köçürülməsinə ehtiyac yoxdur. Hazırda sakinlər öz evlərində yaşayırlar”.

A.Mahmudov qeyd edib ki, hazırda rayon ərazisində olan sürüşmə zonalarında vəziyyət stabildir.

Qeyd edək ki, sentyabrın 25-də güclü yağışlar nəticəsində Astara rayonu Şiyəkəran kəndinə aparan yolda sürüşmə hadisəsi baş verib. Yolun bərpası üçün Lənkəran şəhərindən texnikalar cəlb olunub. Sözügedən kənddə altı ailə yaşayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir