Cəmiyyət

Böyrək çatışmazlığından əziyyət çəkən Nurəlinin dəstəyə ehtiyacı var – FOTO

Sharing is caring!


14 yaşlı yeniyetmənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a Nurəli Baxşəliyevin anası Aytən Baxşəliyeva məlumat verib.

O bildirib ki, övladı dörd ildir böyrək çatışmazlığından əziyyət çəkir.

“Biz özümüz Sabirabad rayonunda yaşayırıq. Dörd il əvvəl övladımın böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Övladımın xəstəliyini bildiyimiz ilk gündən müalicələrini etdirsək də, artıq tükənmişik. Nurəlidən başqa, balaca bir qızım var. Övladlarıma görə mən işləyə bilmirəm, yoldaşım isə fəhlə işləyir. Bəzən olur, günlərlə evə pul gətirə bilmir. Nurəlini müalicə üçün İrana aparmalıyıq. Bunun üçün isə 4 000 manata ehtiyacımız var. Hazırda bu məbləği toplamaq, inanın, bizim üçün imkansızdır. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm”.

Kart nömrəsi: 5243 7544 4798 4145

Ailə ilə əlaqə: (070) 553-96-41

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir