Cəmiyyət

Paytaxtda beşmərtəbəli binada yanğın olub, ölən var

Sharing is caring!


Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 kvadratmetr olan birotaqlı mənzildə bir ədəd yataq dəsti yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir