Cəmiyyət

Bərdədə avtomobil piyadanı vurub – FOTO

Sharing is caring!


Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

02-BL-320 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub.

İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü və piyada müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir