Cəmiyyət

Audiovizual Şura: “Qanunlara riayət olunması sahəsində praktikada müəyyən boşluqlar nəzərə çarpır”

Sharing is caring!


“Qanunlarda təsbit olunmuş tələblərin yerinə yetirilməməsinə görə sanksiya tətbiqi nəzərdə tutulmayan hissələr var ki, Şura yayımçılarla münasibətdə buna mütəmadi olaraq rast gəlir”.

APA xəbər verir ki, bunu “Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfransda Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib. O bildirib ki, qanunlara riayət olunması sahəsində praktikada müəyyən boşluqlar nəzərə çarpır:

“Mütəmadi olaraq tənzimləmədən kənarda qalan məsələlərlə bağlı suallar və narahatlıqlar qalmaqda davam edir. Xüsusilə çatışmazlıqlar “Uşaqlar üçün zərərli informasiyanın növləri”, “İnformasiya məhsulunun yaş təsnifatı”, “İnformasiya məhsulunun işarələnməsi”, ələlxüsus da “Televiziya və radioyayım vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər” müddəalarda nəzərə çarpır”.

Aparat rəhbəri çıxışı zamanı qeyd edib ki, bu zərurət fonunda “İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində də (388-2) müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir