Cəmiyyət

AzVision.az xəbər portalı ad gününü qeyd edir

Sharing is caring!


Bu gün AzVision.az xəbər portalı ad gününü qeyd edir.

Oxu.Az-ın məlumatına görə, saytın fəaliyyətə başlamasından 11 il ötür.

Gündəlik 6 dildə – Azərbaycan, rus, ingilis, alman, fransız və ispan dillərində xəbərlər yayan sayt 2012-ci il oktyabrın 1-də işə başlayıb.

AzVision.az ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. Sayt əyləncə və şou xarakterli məlumatlara yer ayırmır. Saytda multimedia materiallarına da üstünlük verilir. 

AzVision.az-ın “Facebook”, “X”, “Instagram” və “Youtube” hesabları da aktiv fəaliyyət göstərir. Bu hesablar vasitəsilə gün ərzində əsas xəbərlər sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırılır.

Oxu.Az kollektivi “AzVision”çuları ad günü münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir