Cəmiyyət

Qusarda şəhid Vüsal Orucovla vida mərasimi keçirilir – FOTO

Sharing is caring!


Ermənistan silahlı qüvvələrinin hərbçisinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində ötən gün şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Xeybalı oğlu Orucovun nəşi Qusar rayonunun Suvacal kəndinə gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Suvacal kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, V.Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu ilin aprel ayında yollanıb.

Onun özündən başqa ailədə 2 qardaşı, 3 bacısı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir