Cəmiyyət

Zaqatalada partlayış: ölən və yaralanan var

Sharing is caring!


Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində iki nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həlak oub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini – 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq, H.Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir