Xarici siyasət

BƏƏ ilə iqtisadi əməkdaşlıq genişlənir
Azərbaycanın yaxşı münasibətlərə malik olduğu ərəb dövlətlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir.

Sharing is caring!

BƏƏ 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. Ulu Öndərin 1994-cü ildə İslam Konfransı Təşkilatının Kasablanka Zirvə toplantısı çərçivəsində ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlər sırasında yer alan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla tarixi görüşü Azərbaycan ilə BƏƏ arasında qardaşlıq əlaqələrinin gələcək istiqamətini müəyyən edib.
Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin 2006-cı ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərindən sonra bu ölkədəki Azərbaycan diasporuna münasibət daha da yaxşılaşmışdır. Eyni zamanda dövlət başçısının səfəri diaspor üzvlərinin daha da fəallaşmasına təkan vermişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti ölkəmiz üçün mühüm inkişaf perspektivləri müəyyən edir. Oktyabrın 26-da regionda ən böyük günəş elektrik stansiyası olan və 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və bu layihənin regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdırıb.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Mərasimdə Prezident İlham Əliyev dünyada baş verən qlobal proseslər barədə ətraflı söhbət açaraq bildirib ki, “Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün – bir qədər sonra biz çox qısa zamanda 1 giqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacayıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik”.
Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Emin Abbasov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir