Cəmiyyət

Sumqayıtda sürücü idarəetməni itirərək avtomobili elektrik dirəyinə çırpdı – FOTO

Sharing is caring!


Sumqayıtda yol qəzası olub, infrastruktura ciddi ziyan dəyib.

“Report”un məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Belə ki, VAZ-21015 markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə elektrik dirəyini, daha sonra yol nişanını aşırıb.

Daha sonra avtomobil əks yolla hərəkət edən “Hyundai Elantra” və yolun kənarında dayanan “Nissan X-trail” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir