Cəmiyyət

Bakı Gəmiqayırma Zavodunda növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisinə start verilib

Sharing is caring!


Sentyabrın 29-da İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikiləcək Ro-Pax tipli gəmi-bərənin ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub.

İZİA-dan verilən məlumata görə, zavod rəhbərliyi və əməkdaşlar polad lövhənin kəsilməsini bildirən düyməni basıblar.

Özünəməxsus unikallığı ilə seçilən bu gəmi-bərənin uzunluğunun 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyünün isə 7,5 metr olması nəzərdə tutulub. 30 nəfərlik heyətlə idarə edilən bu gəmi saatda 14 dəniz mili sürətlə hərəkət edə biləcək. Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulmuş gəmi 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonlarının (vaqon-çənlər 56 ədəd, yarımvaqonlar 46 ədəd, yük vaqonları 44 ədəd), avtomobillərin və yük maşınlarının (yarımqoşqulu yük avtomobilləri 50 ədəd) daşınması imkanlarına malik olacaq. Gəmi 2600 kVt gücə malik iki ədəd əsas mühərrik, 188 t yük qaldırma qabiliyyətli yük lifti, helikopter meydançası, yan rampa, stabilizator sistemi, iki ədəd dartıcı lokomotivlə təchiz olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir