Cəmiyyət

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 1139 uşağın fərdi inkişaf planı tərtib olunub – FOTO

Sharing is caring!


Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələri və sığınacaqlarda yaşayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1139 uşağın hər biri ilə bağlı fərdi inkişaf planı tərtib edib.

Bu barədə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fərdi inkişaf planlarının tərtib olunmasına Bakı şəhəri və regionlardakı 17 dövlət uşaq müəssisəsi və 7 sığınacaq üzrə uşaqlar cəlb olunub.

Fərdi inkişaf planı həmin uşaqların yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınmaqla tərtib olunur. Məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın fərdi, təhsil, sosial-mədəni inkişafını təmin etmək və ailə tərbiyəsinə verilməsinin mümkünlüyünü müəyyənləşdirməkdir.

Fərdi inkişaf planının icrası nəticəsində uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyü müəyyən edildikdə isə ailə inkişaf planı tərtib edilir. Uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə uşaq ailəyə qaytarıldıqdan sonra bir il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir