Cəmiyyət

Şamxal Cəmilzadə: “Xidmətlər zərfi”ndəki tibbi xidmətlərin 56%-nin tarifində artım olub”

Sharing is caring!


“Xidmətlər zərfi”ndək tibbi xidmətlərin 56%-nin tarifində artım olub”.

Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün “Xidmətlər zərfi”nin təqdimatına dair tədbirində çıxış edən agentliyin Səhiyyə İqtisadiyyatı Şöbəsinin baş məsləhətçisi Şamxal Cəmilzadə deyib.

O bildirib ki, “Xidmətlər zərfi” 30%-dən çox kumulyativ inflyasiya və aktual bazar tariflərinə uyğunlaşma ehtiyacı səbəbindən cari ilin avqust ayında yenilənib:

“Tariflər dövlət və özəl tibb müəssisələrinin tibb heyəti ilə aparılan müzakirələr, bu müzakirələr nəticəsində müəyyənləşən personal, tibbi ləvazimat, avadanlıq, dərman və digər tələblər kimi amillər əsasında formalaşdırılıb”.

Onun sözlərinə görə, “Xidmətlər zərfi”ndə 1 464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. 

Şöbə müdiri bildirib ki, ilkin tibbi-sanitariya yardımı xidməti üzrə adambaşına illik ödəniş məbləği 16 manatdan 21 manata, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə ödəniş 20 manatdan 25 manata çatdırılıb. O, tibb heyətinin əməkhaqlarının artırılması, rəqabətlilik və əlçatanlığın artırılması, tibb müəssisələrinin maliyyə dayanıqlılığının təmin edilməsi və tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsinə təşviq edilməsinin tarif dəyişikliyinin nəticələri olduğunu vurğulayıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir