Cəmiyyət

Meyitinin qalıqları 30 il sonra Xocavənddə tapılan Əhməd Babaşovla vida mərasimi keçirilir – FOTO

Sharing is caring!


Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Əhməd Tahir oğlu Babaşovun nəşi dəfn edilməsi üçün Biləsuvar rayonunun Bağbanlar kəndinə gətirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, hazırda şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir. Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidin nəşi kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ə.Babaşov 1974-cü il noyabrın 1-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Ə.Babaşova məxsus olduğu təsdiqlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir