Cəmiyyət

Otuz il sonra Xocavənddə meyitinin qalıqları tapılan Təhsin Hacıyevlə Salyanda vida mərasimi keçirilir – FOTO

Sharing is caring!


Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib.

“Report”un Aran bürosunun məlumatına görə, şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Təhsin Fikran oğlu Hacıyev 1973-cü il aprelin 24-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin T.Hacıyevə məxsus olduğu təsdiqlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir