Cəmiyyət

Bakıda 89 yaşlı kişini avtomobil vurub

Sharing is caring!


Bakının Nizami rayonunda 89 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1934-cü il təvəllüdlü Famil Məcid oğlu Abdullayev yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir