Cəmiyyət

Region gəncləri anım günündə şəhidlərimizi ehtiramla yad ediblər – FOTO

Sharing is caring!


Region gəncləri 27 Sentyabr – Anım Günündə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər həyata keçiriblər.

Bu barədə Azərbaycan Gənclər Fondu məlumat yayıb.

Bildirilib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda fəaliyyət göstərən regional nümayəndəlikləri və bölmələrinin təşkilatçılığı ilə gənclər rayon ərazisində ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Ərazi bütövlüyümüzün bərpasını qarşımıza tapşırıq kimi qoyan ümummilli liderin və bu yolda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra bölgələrdə müharibə iştirakçıları, qazilər, ekspertlərin iştirakı ilə görüşlər keçirilib, müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, şanlı qələbəmizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə uğurla keçirilən antiterror tədbirləri haqqında gənclər məlumatlandırılıblar.

Eləcə də regionlarda Anım Gününə həsr edilmiş veloyürüşlər təşkil olunub, “Görünməyən qəhrəmanlar”, “Kod adı: Yaşma”, “44 gün, 44 an”, “Ağxalatlılar” adlı filmlər nümayiş etdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir