Cəmiyyət

Şuşada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Sharing is caring!


Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

“Report”un Şuşaya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimləri şəhərin müxtəlif məkanlarında baş tutub. Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal veriblər.

Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir