Cəmiyyət

Etibar Əliyev: “Niyə tədqiqat universitetinin alimlərinin məqalələri BDU-nun adına yazılmalıdır?” – VİDEO

Sharing is caring!


“Ali təhsil müəssisələrinin rəqabət münasibətlərinin tənzimlənməsinə ayrıca bir fəsil ayrılsın”.

Deputat Etibar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirdiyi Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə bu təklifi irəli sürüb.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında tələbə sayının 75 minə qaldırılması nəzərdə tutulur. Bu, kəmiyyət dəyişikliyidir, keyfiyyət dəyişikliyi ola bilməz. Çünki universitetlər arasında rəqabət formalaşmayıb”, – deyə E.Əliyev qeyd edib.

Deputatın sözlərinə görə, elə ali məktəblər var ki, onlara süni üstünlüklər verilir. Bu da rəqabət anlayışına kölgə salır:

“Elmi-tədqiqat institutlarının 5-nin elmi potensialı Bakı Dövlət Universitetinə (BDU) verilib. Deyirlər ki, BDU məqalə, tələbə və müəllim sayına görə öndə gedir. Bu, süni şəkildə yaradılıb. Niyə tədqiqat universitetinin alimlərinin məqalələri BDU-nun adına yazılmalıdır?”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir