Cəmiyyət

Vəkil qurumlarında təcrübə keçən tələbələrin sayı açıqlanıb

Sharing is caring!


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə ölkədə hüquq təhsili olan bütün universitetlər arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, gənclərin və universitetlərin fəaliyyətinə müxtəlif formalarda göstərilən dəstək çərçivəsində, həmin tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün hər cür şərait yaradılır.

Həm istehsalat təcrübəsi, həm də könüllü qaydada birbaşa Kollegiyaya müraciət edən tələbələr formallıqdan tam uzaq, yeni model təcrübə proqramları vasitəsi ilə təcrübi biliklərini artırmaqda davam edir.

Belə ki, cari il ərzində müvafiq vəkil bürolarında 198 tələbə istehsalat təcrübəsində, 104 nəfər isə könüllü qaydada təcrübə keçib.

Ümumilikdə isə, son 2 il ərzində müxtəlif vaxtlarda memorandumların bağlanmasından bu günədək 314 tələbə istehsalat formasında, 152 nəfər isə könüllü qaydada təcrübə keçib.

Beləliklə, qurulmuş səmərəli əməkdaşlığa tələbələr tərəfindən böyük maraq göstərilib, təcrübəni yekunlaşdıranlara sonda müvafiq xasiyyətnamələr təqdim edilib. Bir çoxu isə təcrübədən razılıqlarını ifadə edərək, öz arzusu ilə təcrübəni davam etdirib, sonda isə bir sıra tələbə müvafiq yerlərdə işlə təmin olunub.

Şübhəsiz ki, ölkəmizin bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də uğurla davam etdirilən gənclər siyasəti nəticəsində onların ictimai həyatın bütün sahələrində fəallığı artıb. 

Bu istiqamətdə Vəkillər Kollegiyası da gənclərin gələcəkdə ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməsi, fəal vətəndaş kimi yetişməsi, yüksək təhsil və innovativ bacarıqları ilə hüquqi dövlət quruculuq işinin genişləndirilməsi, təcrübi biliklərin və vəkilliyə marağın artırılması məqsədilə tələbələrə hər zaman dəstək göstərir və bu işlər davamlı olaraq da həyata keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir