Cəmiyyət

Bakıda minik avtomobili avtobusla toqquşub, ölənlər var

Sharing is caring!


Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

“Report” xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Elnur Ariz oğlu Novruzovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Orxan Adil oğlu Səfərovun idarə etdiyi “187” nömrəli xətt avtobusu toqquşub.

Nəticədə “Opel Astra” markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüblər, avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir