Cəmiyyət

Biləsuvarda narkotikin təsiri altında yük maşını idarə edən sürücü saxlanılıb

Sharing is caring!


Biləsuvar rayonu ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin yük avtomobili saxlanıldıqdan sonra sürücü, Salyan rayon sakini E.Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və E.Əliyev 600 manat məbləğində cərimə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir