Cəmiyyət

Tural Məmmədov: “Azərbaycanda dövlət qurumlarının adlarına uyğun yaradılan saxta domenlərin sayı açıqlanıb”

Sharing is caring!


Bu ilin altı ayında Azərbaycanda dövlət qurumlarının adlarına uyğun saxta yaradılan domenlərin sayı açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən dövlət qurumlarının İT rəhbərlərinin II zirvə toplantısında məlumat verib.

Onun sözlərinə görə, 52 dövlət qurumunun domeninə bənzədilmiş saxta domenlər aşkarlanıb:

“Bu domenlər qeydiyyat zamanı artıq xüsusi kiberkəşfiyyat alətləri ilə aşkarlanıb. Müvafiq dövlət qurumları ilə birlikdə onların ölkə üzrə bloklanması tərəfimizdən həyata keçirilib”.

O qeyd edib ki, onların bloklanması yüzlərlə, minlərlə kiberhücumların hazırlıq dönəmində bloklanması deməkdir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir