Cəmiyyət

Binəqədi rayonunda 53 yaşlı qadını avtomobil vurub

Sharing is caring!


Bakının Binəqədi rayonunda 53 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1970-ci il təvəllüdlü Mehrəliyeva Sona Gəray qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ənsə sümüyünün sınığı diaqnozu qoyulub.

Fakta bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir