Cəmiyyət

Sakinlər hər an ölə və susuz qala bilərlər: Yevlaxda kəndi fəlakətlə üz-üzə qoyan ağaclar – VİDEO

Sharing is caring!


Yevlax rayonunun Ərəbbəsrə kəndinin girişindəki qurumuş nəhəng qovaq ağacları sakinlər üçün təhlükə yaradır.

Belə ki, onlar küləkli havalarda qurumuş budaqların qırılaraq yolda hərəkətə mane olmasından, elektrik xətlərinə ziyan verməsindən şikayətlənirlər. 

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.

“Kəndi su ilə təmin edən çənimiz var. Qırılıb üstünə düşsə, susuz qalacağıq. Uşaqlar məktəbə gedib-gəlir, onların üstünə də düşə bilər”, – sakinlər narahatlıqlarını bildiriblər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir