Cəmiyyət

Bakı-Quba avtomobil yolunun bir hissəsində yenidənqurma işləri yekunlaşır – FOTO/VİDEO

Sharing is caring!


Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yekunlaşır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir-bərpa işləri avtomobil yolunun 52,0-119,5 km-də 3 hissədə aparılır. Yenidənqurma işləri avtomobil yolunun 52,0-53,5 km-də, 100,25-102,75 km-də və 107,0-108,25-ci km-də olan hissələri əhatə edir.

Bu istiqamətdə nəqliyyat axınının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.

İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir