Cəmiyyət

Rəhman Rəhmanovun müğənni oğlu Emil dünyasını dəyişdi

Sharing is caring!


Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.

Bu barədə aktyorun özü Bizim.Media-ya açıqlamasında məlumat verib.

Rəhmanovun sözlərinə görə, övladı bir neçə saat öncə vəfat edib.

“Emil bir saat əvvəl M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində vəfat edib. O, damar tıxanması səbəbindən dünyasını dəyişib”.

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi. E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir