Cəmiyyət

Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Sharing is caring!


Goranboyda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hazırəhmədli kənd sakininə məxsus bir baş iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Xəyal İsmayılov və Altay Məmmədov vətəndaşın həyətyanı sahəsinə qeyri-qanuni yolla daxil olaraq oradakı tövlədən dəyəri 1000 manat olan iribuynuzlu mal-qaranı oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir