Cəmiyyət

Nazir müavini: “Bəzi bölgələrdə bir gün ərzində 3 aylıq norma miqdarında yağıntı düşür”

Sharing is caring!


“Bəzi bölgələrdə bir gün ərzində 3 aylıq norma miqdarında yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11%-i də müşahidə olunmur”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva pestisidlərin həyat dövriyyəsinin idarə edilməsinə həsr olunan regional seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzən insanlarda belə təsəvvür yaranır ki, su qıtlığı problemi yağan yağış nəticəsində bitir:

“Fakt ondan ibarətdir ki, iqlim dəyişmələri özünü təzadlarla göstərir. Bizdə 68 stansiyada müşahidə şəbəkəsi mövcuddur. Bəzi bölgələrdə bir gün ərzində 3 aylıq norma miqdarında yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11%-i də müşahidə olunmur. Bütün iqlimlə əlaqəli bu problemlər təbii ki, bitkilərə geniş təsir göstərir. Yəni zərərvericilərin daha geniş yayılmasına şərait yaranır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir