Cəmiyyət

11 yaşlı Yusif autizm xəstəsidir: Müalicəsi üçün 250 manata ehtiyacı var – FOTO

Sharing is caring!


11 yaşlı Yusifin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Vəfa Əliyeva məlumat verib.

O bildirib ki, övladı uşaq autizmindən əziyyət çəkir.

“Yusif anadangəlmə Kanner sindromu (Autizm əlamətlərinin maksimum ifadə olunması ilə xarakterizə olunur) ilə doğulub. Epilepsiyası da var. Hər zaman müalicələrini vaxtlı-vaxtında etməyə çalışsaq da, artıq iki aydır müalicəsini etdirə bilmirik. Müalicə edə bilmədiyimiz üçün də epilepsiyası tez-tez tutur. Yusifin bir aylıq müalicəsi üçün 250 manata ehtiyacımız var. Xeyirxah şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb və valideynə Xidmətlər Zərfi çərçivəsində İcbari tibbi sığortadan yaralana biləcəyi barədə məlumat verilib. Lakin ambulator müalicə üçün nəzərdə tutulan dərman preparatlarının Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (070) 558-89-37

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir