Cəmiyyət

Dövlət qulluğunda rəhbər vəzifələr tutmaq istəyənlər bu gün imtahan verəcəklər

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 sentyabr 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib.

Qeyd olunub ki, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (Metronun “8 Noyabr” stansiyasının yanı).

İmtahana qeydiyyat 2023-cü il avqustun 17-dən 14 sentyabr saat 11:00-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir