Cəmiyyət

Heydər Əliyev Fondunun Qaxda inşa etdiyi məktəb istifadəyə verilib – FOTO

Sharing is caring!


Qax şəhərindəki V.Əliyev adına 3 saylı tam orta məktəb 1950-ci ildə inşa olunduğundan istifadəyə yararsız vəziyyətdə idi. Heydər Əliyev Fondunun bu ilin yanvarında yeni məktəbin tikintisi ilə bağlı apardığı işlər artıq yekunlaşıb və təhsil ocağı yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib.

“Report”un Şimal-qərb bürosu xəbər verir ki, məktəbin açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi İlahə Rəsulova, həmçinin məktəbin kollektivi iştirak edib.

Bildirilib ki, üç mərtəbə və üç korpusdan ibarət olan təhsil müəssisəsi 320 şagird yerlikdir. Məktəbdə yaradılan 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və idman zalları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Təhsil müəssisəsində açıq idman meydançası da qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir