Cəmiyyət

Paytaxtda restoranda yanğın olub

Sharing is caring!


Bakıda restoranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 450 kvadratmetr olan obyektin (restoran kimi fəaliyyət göstərir) girişində ümumi sahəsi 45 kvadratmetr olan talvarın şüşə-pambıq üzlüyü 4 kvadratmetr sahədə yanıb.

Talvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir