Cəmiyyət

Naxçıvanda ağır qəza: Bir ailənin dörd üzvü xəsarət aldı – FOTO

Sharing is caring!


Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib, dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə bu gecə magistralın Duzdağ yoluna yaxın ərazisində qeydə alınıb.

Belə ki, “BYD” markalı avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2-si azyaşlı olmaqla, bir ailənin dörd üzvü xəsarət alıb.

Hadisə zamanı xəsarət alan Kəngərli rayon Qıvraq qəsəbə sakinləri 1959-cu il təvəllüdlü Əli Səfər oğlu Quliyev, 1985-ci il təvəllüdlü Xəyal Eli oğlu Quliyev, 2009-cu il təvəllüdlü Elmin Xəyal oğlu Quluzadə və 2010-cu il təvəllüdlü Emin Xəyal oğlu Quluzadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onların ikisinin vəziyyətin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir