Paytaxtın Həsən Əliyev küçəsində yaşayış binasının üstünə kran aşıb.
Sözügedən ərazidə tikintini “Sipark İnşaat”ın apardığı bildirilir. Şirkətlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu.
Qeyd edək ki, hadisə yerində sakinlər tikintinin qeyri-peşəkar insanlara həvalə olunmasından və nəzarətsiz aparılmasından şikayət ediblər. Tikilən binalar arasında məsafənin gözlənilməməsi nəticəsində isə bu kimi hadisələrin təkrarlanacağını bildiriblər.(Kommersant.az)