Cəmiyyət

Vəkillər Kollegiyasının rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının görüşü keçirildi – FOTO

Sharing is caring!


Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının üzvləri arasında görüş keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, görüşdə daxil olmuş şikayət və müraciətlər üzrə intizam icraatının icra vəziyyəti, intizam işlərinə baxılması ilə əlaqədar komissiya ilə Rəyasət Heyətinin qarşılıqlı əlaqəsi və bu kimi digər məsələlər müzakirə olunaraq fikir mübadiləsi aparılıb. 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək intizam icraatları üzrə vəkillər barəsində bir çox hallarda pozuntunun müəyyən edilmədiyi halda bu barədə ictimaiyyətin kifayət qədər məlumatlı olmamasını, geniş yayılmış pozuntular üzrə ümumiləşdirmənin aparılmasının zəruriliyini qeyd edərək intizam icraatları üzrə araşdırmaların daha da keyfiyyətli araşdırılmasına yardım edən məsələlərə toxunub.

Eyni zamanda Anar Bağırov İntizam Komissiyasının rolunu nəzərə alaraq onun fəaliyyətinin ictimailəşdirilməsinin vacib olduğunu bildirib, Rəyasət Heyətində baxılan intizam işləri barəsində qəbul edilmiş qərarlar barəsində məlumat verib.

Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev isə çıxışında komissiya tərəfindən görülən işlər barədə məlumat verərək Komissiyanın fəaliyyəti ilə əlaqədar cari məsələlərə toxunub, 2023-cü ildə komissiya tərəfindən baxılan intizam icraatları üzrə statistik məlumatları səsləndirib.

Sonda komissiya üzvləri komissiyanın fəaliyyəti ilə əlaqədar fikir və təkliflərini bildiriblər.

  Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir