Cəmiyyət

Faktiki hava açıqlanıb – YENİLƏNİB

Sharing is caring!


Milli Hidrometeorologiya Xidmətinin senytabrın 13-ü saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Culfa, Ordubad, Göygöl, Oğuz, Şamaxı, Xaltan, Şahdağ, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada və Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, duman Daşkəsən, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 20 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub

16:18

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-də saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən xəbərə görə, duman Neft Daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir