Cəmiyyət

Füzulidə ağır qəza: İki ölü, beş yaralı

Sharing is caring!


Ötən gecə Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 21 radələrində Şaiq Hiday oğlu Həsənov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində qəza törədib. Belə ki, avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Fizuli Ceyhun oğlu Məmmədov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Avtomobildə olan digər sərnişinlər – 2003-cü il təvəllüdlü Abid Elşən oğlu Məmmədov, 2002-ci il təvəllüdlü Rəhim Arzuman oğlu Zamanov, 2001-ci il təvəllüdlü Cavanşir Rauf oğlu Aslanov, 2002-ci il təvəllüdlü Rövşən Xaləddin oğlu Əhmədov və 2000-ci il təvəllüdlü Elnur İlqar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir