Cəmiyyət

Ağalı sakini: “Yurdumuza sevinc hissi ilə, alnıaçıq, üzüağ qayıdırıq” – FOTO

Sharing is caring!


“Yurdumuza sevinc hissi ilə, alnıaçıq, üzüağ qayıdırıq”.

“Report” xəbər verir ki, bunu Zəngilan rayonu birinci Ağalı kəndinin sakini Məhəmmmədyar Fərhadov deyib.

Ağalıya yola düşən sakin kənddə əkin-biçinlə məşğul olacağını bildirib:

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların canı, qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Biz indi sevinc hissi keçiririk. Öz kəndimizə – doğma yurdumuz Ağalıya qayıdırıq”.

“Allah Prezidentimizi, Azərbaycan Ordusunu qorusun. Göydə Allah, yerdə Prezident İlham Əliyev bu yolu bizə açdı. İndi alnıaçıq, üzüağ, Prezidentimizin sayəsində Ağalıya qayıdırıq.

Mən ixtisasca aqronomam. Biz orada əkin-biçinlə məşğul olacağıq. Kəndimizə yeddi nəfərlik ailə üzvümüzlə gedirik. Orada işləyəcəyik, yaşayacağıq”, – Məhəmmmədyar Fərhadov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir