Cəmiyyət

Gəlinini və azyaşlı nəvəsini baltalayan şəxsin məhkəməsi başlayır

Sharing is caring!


Sumqayıtda gəlinini və nəvəsini baltalayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Şahbala Mirzəməmmədovun cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov bu ilin mart ayında gəlini – 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə ağır xəsarətlər yetirib.

Təqsirləndirilən Şahbala Mirzəməmmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir