Cəmiyyət

Sevgisi nakam qalan 20 yaşlı şəhidin qəhrəmanlıq hekayəsi – VİDEO

Sharing is caring!


Baku TV 2022-ci ilin 12-14 sentyabr tarixlərində düşmənin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Qədim Xəlilovun ailəsini ziyarət edib.

20 yaşında şəhid olan Qədimin anası Hədiyyə Xəlilovanın sözlərinə görə, övladının sevgisi nakam qalıb:

“İstədiyi qız var idi. Yaxın qohumlarımızdan idi. Hərbi xidmətə getdi, orada qalmaq istəyirdi. Dedim, istədiyin qıza elçi gəlirlər. Soruşdum ki, istəyirsən, gəl, elçi gedək. Dedi ki, məzuniyyətə gəlim, danışarıq”.

Q.Xəlilovun qardaşı İlqam Xəlilov isə qardaşının şəhidlik xəbərini almasından danışıb:

“Sentyabr hadisələri baş verəndə üç ayın əsgəri idim. Yuxuda qardaşımı gördüm, ürəyimə damdı ki, ona nəsə olub. Komandirdən telefonu alıb, atama zəng etdim, dedi ki, qardaşın şəhid olub. Belə şəhadəti hamı arzulayar”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir