Cəmiyyət

Bakıda dəyişdirilən yol nişanına əməl edilmir – FOTO/VİDEO

Sharing is caring!


Bakı şəhərinin Sabunçu rayonunda avtomobillərin hərəkəti ilə bağlı yol nişanlarında dəyişiklik edilsə də, buna əməl edilmir. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, sürücülər yeni quraşdırılan yol nişanlarına məhəl qoymur və köhnə qaydada hərəkətlərini davam etdirirlər.

Bu isə qeyd olunan ərazidə sıxlığın yaranmasına, eləcə də qəzaların baş verməsinə zəmin yaradır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məsələ barədə açıqlama verib. 

DYP-nin baş inspektoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə olan yol-patrul xidməti əməkdaşları təlimatlandırılıblar:

“Polis əməkdaşları ərazidə xidməti gücləndirirlər. Qaydanı pozan sürücülər də müəyyən olunaraq, barələrində inzibati protokol tərtib ediləcək”.

DYP rəsmisi sürücülərə müraciət edib:

“Xahiş edirik, nişanlara diqqət etsinlər və bu cür hallara yol verməsinlər”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir