Cəmiyyət

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Sharing is caring!


“Artıq 15-ci gündür ki, Ağdam-Xankəndi istiqamətində dayanmışıq. Bütün heyət olaraq, keçid üçün cavab gözləyirik”.

“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq 15-ci gündür müvafiq işçi heyəti ilə buradadırlar:

“Məqsədimiz ondan ibarətdir ki, gətirdiyimiz 2 TIR, daha dəqiq desək 40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə təhvil verək”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında 40 ton un var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir