Cəmiyyət

İsmayıllıda bıçaqlanmış kişi ölüb

Sharing is caring!


Sentyabrın 9-da saat 7 radələrində 1979-cu il təvəllüdlü Ramin Baldadaş oğlu Cəfərovun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Şakir Ağasəməd oğlu Sadayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir