Cəmiyyət

Lökbatanda iki avtomobil toqquşdu: Yaralı var – VİDEO

Sharing is caring!


Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə “Lökbatan” dairəsi yaxınlığında qeydə alınıb. 

Belə ki, “Tofaş” və “Hyundai” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində “Tofaş” markalı 10-XU-145 dövlət nömrə nişanlı avtomobilin sərnişini yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları çağırılıblar.

İlkin məlumata görə, yaralının vəziyyəti ağır olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir