Cəmiyyət

Fulya Öztürk “Qarabağ” Xüsusi Mükafatına layiq görülüb

Sharing is caring!


Fulya Öztürk “Qarabağ” Xüsusi Mükafatına layiq görülüb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin nəticələrinin açıqlanması üçün keçirilən mətbuat konfransında məlumat verilib. 

Qeyd edilib ki, ilk dəfə müsabiqədə “Qarabağ” Xüsusi Mükafatı təsis olunub. Həmin mükafata isə“CNN Türk” Televiziyasının Xüsusi Xəbər rəhbəri Fulya Öztürk Qarabağ müharibəsi və onun davamı zamanı göstərdiyi fədakarlıq və reportajlara, iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Qeyd edək ki, 1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Müsabiqənin Azərbaycan üzrə seçim mərhələsinə Xəzər Media Mərkəzi ev sahibliyi edir.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir