Cəmiyyət

Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib

Sharing is caring!


Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.

DİM-dən verilən xəbərə görə, 8 sentyabr 2023-cü il saat 13:00-dan 11 sentyabr 2023-cü il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib.

Qeyd edək ki, 2023/24-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2023, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

Aşağıda boş qalan plan yerləri təqdim olunur.

2023/24-cü TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ QƏBUL APARILAN İXTİSASLAR

Azərbaycan Tibb Universiteti
311236 Psixiatriya 1  
311252 Daxili xəstəliklər 1  
311528 Restorativ stomatologiya 1  
311593 Epidemiologiya 1  
*311625 Tibbi mikrobiologiya 1  
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313123 Ümumi cərrahiyyə 1  
313229 Daxili xəstəliklər 1  
313294 Ailə təbabəti 1  
313367 Epidemiologiya 1  
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
318113 Patoloji anatomiya, məhkəmə tibbi ekspertizası 1  
Respublika Narkoloji Mərkəzi
332118 Narkologiya 1  
Naxçıvan Dövlət Universiteti
361157 Travmatologiya-ortopediya 1  
361254 Nevrologiya (Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi üçün) 1  
361262 Kardiologiya 1  
361295 Fizioterapiya və tibbi bərpa 1  
361319 Ftiziatriya 1  
361327 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 1  
361335 Pediatriya 1  
361384 Endodontiya 1  
361432 Uşaq stomatologiyası 1  
361457 Gigiyena 1  
361473 Epidemiologiya 2  
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
365118 Anesteziologiya-reanimatologiya 1  
 

QEYD 1. * – işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2023, səh.4-7) müvafiq olaraq aparılır.

QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir